BMT: "Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər"

BMT: "Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər" Beynəlxalq birlik tərəfindən yaxın vaxtlar lazımi yardım olmasa, Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər.
Digər ölkələr
26 Oktyabr , 2021 09:21
BMT: Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər

"Beynəlxalq birlik tərəfindən yaxın vaxtlar lazımi yardım olmasa, Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT nəzdində Dünya Ərzaq Proqramının icraçı direktoru David Besli (David Beasly) Dubayda bildirib.

Onun sözlərinə görə, 7 ildir davam edən müharibə üzündən artıq aclıqla üz-üzə gələn ölkə üçün 2022-ci ilin birinci yarısı “amansız” olacaq.

“Bir neçə həftə sonra vəsaitimiz tükənəcək. Hazırkı mərhələdə böyük həcmdə əlavə ianələr gəlməsə, aclıqdan necə yayına biləcəyimizi görə bilmirəm”, – proqram rəhbəri vurğulayıb.

Qeyd edək ki, qonşu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə yerli Husi qiyamçıları arasında mübarizənin getdiyi Yəməndə dünyanın ən böyük humanitar böhranı baş verib. Belə ki, iqtisadiyyatın məhv olması, həmçinin husilər tərəfindən nəzarət olunan bölgələrə idxal əməliyyatlarına koalisiyanın törətdiyi əngəllər üzündən ölkə boyu 16 milyon sakin aclıqla üz-üzə qalıb.

Dünya Ərzaq Proqramı tərəfindən ötən ay dərc edilmiş hesabata görə, Yəməndə 21 milyonadək sakin, yəni əhalinin 70 faizi təcili humanitar yardıma möhtacdır, 47 min nəfər isə aclığın astanasındadır. Ötən ay 11,4 milyon sakinə yardım göstərdiklərini bildirən təşkilat qarşıdakı 6 ay ərzində bu işləri davam etdirmək üçün 796 milyon dollar vəsaitə ehtiyac olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi