Yuxarı

BMT: Yəmən əhalisinin 80 faizdən çoxunun yardıma ehtiyacı var

Bakı. 2 iyul. REPORT.AZ/BMT Yəməndə ən yüksək humanitar böhran vəziyyəti elan edib.Report Amerikanın Səsinə istinadən xəbər verir ki, hazırda Yəm...

Bakı. 2 iyul. REPORT.AZ/ BMT Yəməndə ən yüksək humanitar böhran vəziyyəti elan edib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, BMT rəsmiləri bildirib ki, hazırda Yəmən əhalisinin 80 faizdən çoxunun yardıma ehtiyacı var.

Huti üsyançıları ötən il paytaxt Sənanı ələ keçirib və Yəmən prezidenti Əbdül Rabu Mənsur Hadini Səudiyyə Ərəbistanına qaçmağa vadar edib.

Səudiyyə Ərəbistanı Hadi hökumətini bərpa etmək üçün hava hücumları həyata keçirən ərəb koalisiyasına başçılıq edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi