BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir

BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.
Digər ölkələr
11 Dekabr , 2018 02:50
BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir

Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.

"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.

Onun sözlərinə görə, hazırda Yəmənə 152 dövlət yardım göstərir.

Loukok bir neşə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.

Son xəbərlər

Orphus sistemi