BMT-yə üzv dövlətlər baş katib vəzifəsinə namizədlərlə məsləhətləşmələrə başlayır

BMT-yə üzv dövlətlər baş katib vəzifəsinə namizədlərlə məsləhətləşmələrə başlayır Bu günə qədər BMT baş katibi postuna rəsmi olaraq səkkiz namizəd irəli sürülüb
Digər ölkələr
12 Aprel , 2016 08:29
BMT-yə üzv dövlətlər baş katib vəzifəsinə namizədlərlə məsləhətləşmələrə başlayır

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 12-də BMT-yə üzv dövlətlər təşkilatın baş katib vəzifəsinə namizədlərlə məsləhətləşmələrə başlayır. "Report" xəbər verir ki, bu günə qədər BMT baş katibi postuna rəsmi olaraq səkkiz namizəd irəli sürülüb.

Onlardan 6-sı Şərqi Avropadandır: Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya German (Moldova). Namizədlər siyahınıda həmçinin Antoniu Qutyerreş (Portuqaliya) və Helen Klark (Yeni Zelandiya) da var.

Səkkiz namizədin hər biri bu gün start götürəcək 3 günlük dialoq çərçivəsində BMT Baş Assambleyasının üzvü olan dövlətlərə təqdim olunacaq.

Yeni baş katib vəzifəsinin icrasına 2017-ci ilin yanvarından başlayacaq və bu postda Pan Gi Munu əvəzləyəcək.

Qeyd edək ki, BMT baş katibinin səlahiyyət müddəti 5 ildir. 

Son xəbərlər

Orphus sistemi