BMT Yaxın Şərqdə iki dövlət prinsipinə sadiqdir

BMT Yaxın Şərqdə iki dövlət prinsipinə sadiqdir BMT rəsmisi ABŞ-ın məsələyə yanaşmanı dəyişə biləcəyi ilə bağlı bəyanata münasibət bildirib
Digər ölkələr
15 Fevral , 2017 07:45
BMT Yaxın Şərqdə iki dövlət prinsipinə sadiqdir

Bakı. 15 fevral. REPORT.AZ/ BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Ağ ev nümayəndəsinin Yaxın Şərq probleminin həllinə yanaşmanın dəyişə biləcəyi ilə bağlı bəyanatını şərh edib.

"Report"un məlumatına görə, Ağ ev nümayəndəsi ABŞ və İsrail liderlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar onun həlli zamanı iki dövlət prinsipinə təkid etməyəcək.

O bildirib ki, ABŞ-ın mövqeyinə görə əsas sülhün əldə olunmasıdır, tərəflər ona gedən istənilən yolu özləri seçə bilərlər.

"Siz bizim iki dövlət prinsipini dəstəkləməyimizdən xəbərdarsınız. Bundan başqa şərh verməyəcəyəm", - deyə RİA "Novosti" Hakın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi