​BMT: Yaxın illərdə neftin bir barelinin qiymətinin 100 dollara qalxacağı proqnozlaşdırılmır

​BMT: Yaxın illərdə neftin bir barelinin qiymətinin 100 dollara qalxacağı proqnozlaşdırılmır Cari ildə bir barel neftin qiymətinin 40 dollar olacağı proqnozlaşdırılıb
Digər ölkələr
13 May , 2016 02:57
​BMT: Yaxın illərdə neftin bir barelinin qiymətinin 100 dollara qalxacağı proqnozlaşdırılmır

Bakı. 13 may. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı (BMT) yaxın illərdə neftin bir barelinin qiymətinin 100 dollara qalxacağının ağlasığmaz olduğunu bəyan edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın İqtisadi və Sosial Məsələlər Departamentinin məruzəsində belə qeyd olunub.

Məruzədə cari ildə makroiqtisadi göstəricilərə əsasən bir barel neftin qiymətinin 40 dollar olacağı proqnozlaşdırılıb.

Təşkilatın məruzəsində bildirilir ki, qara "qızıl"ın bir bareli 2016-cı ildə 40 dollar qiymətində olacaq. Amma 2017-ci ildə bir barel neftin səviyyəsi 46 dollar qiymətləndiriləcək

Son xəbərlər

Orphus sistemi