​BMT: Yanvarda Avropaya getmək istəyən 60-ı uşaq olmaqla, 368 qaçqın ölüb

​BMT: Yanvarda Avropaya getmək istəyən 60-ı uşaq olmaqla, 368 qaçqın ölüb "2015-ci ildə 1 milyon 11 min qaçqın dəniz yolu ilə Avropaya sığınıb"
Digər ölkələr
2 Fevral , 2016 17:20
​BMT: Yanvarda Avropaya getmək istəyən 60-ı uşaq olmaqla, 368 qaçqın ölüb

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən bir ay ərzində dəniz yolu ilə Avropaya getmək istəyən 60-ı uşaq olmaqla, 368 qaçqın ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Miqrasiya Təşkilatının sözçüsü Coel Millman Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin ilk ayında 67 193 qaçqın dəniz yolu ilə Avropaya yerləşib.

"2016-cı ilin yanvarında Avropaya yetişmək istəyən 272 qaçqın Egey, 96 nəfəri isə Aralıq dənizində həyatını itirib. 2015-ci ildə 1 milyon 11 min qaçqın dəniz yolu ilə Avropaya sığınıb", - deyə o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi