BMT yanında Livan üzrə xüsusi tribunalın mandatı 3 il müddətinə uzadıldı

BMT yanında Livan üzrə xüsusi tribunalın mandatı 3 il müddətinə uzadıldı Bu qərarı BMT-nin Baş katibi Pan Qi Mun verib
Digər ölkələr
3 Yanvar , 2015 02:05
BMT yanında Livan üzrə xüsusi tribunalın mandatı 3 il müddətinə uzadıldı

Bakı. 3 yanvar. REPORT.AZ/ 2005-ci ilin fevral ayında törədilən terror aktı nəticəsində öldürülən Livanın keçmiş Baş naziri Rafiq Həririnin qətlinin araşdırması məqsədi ilə qurulan BMT yanında Livan üzrə xüsusi tribunalin mandatı 3 il müddətinə uzadılıb.

"Report" xəbər verir ki, bu qərarı ötən gün BMT-nin Baş katibi Pan Qi Mun verib.

BMT yanında Livan üzrə xüsusi tribunal rasmi Beyrutun xahişi ilə Haaqada qurulmuşdu.

Qeyd edək ki, Həririnin ölümü ilə bağlı ittihamlar Suriyanın xüsusi xidmət orqanlarının üzərinə düşüb. Çünki Həriri Suriyanın Livanın daxili siyasətinə müdaxilə etməsi və Suriya qoşunlarının 30 il müddətində bu ölkədə mövcud olmasına qarşı çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi