BMT Ukraynaya humanitar yardım məqsədilə 40 milyon dollar ayıracaq

BMT Ukraynaya humanitar yardım məqsədilə 40 milyon dollar ayıracaq BMT ukraynalılara humanitar yardım göstərilməsi məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə olaraq 40 milyon ABŞ dolları ayıracaq.
Digər ölkələr
15 Mart , 2022 02:41
BMT Ukraynaya humanitar yardım məqsədilə 40 milyon dollar ayıracaq

BMT ukraynalılara humanitar yardım göstərilməsi məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə olaraq 40 milyon ABŞ dolları ayıracaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterriş jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün elan edirəm ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynada əhalinin ən həssas təbəqələrinə həyati vacib yardımı artırmaq məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə 40 milyon dollar ayıracaq. Bu maliyyə ölkəyə zəruri olan qida məhsulları, su, dərman və digər həyat üçün zəruri ehtiyatları gətirməyə, eləcə də maliyyə yardımı göstərməyə kömək edəcək”, - o deyib.

Son xəbərlər

Orphus sistemi