BMT: Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb

BMT: Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan olan qaçqınların sayı 2 milyon 597 min 543 nəfərə çatıb.
Digər ölkələr
144
13 Mart , 2022 02:30
BMT: Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan olan qaçqınların sayı 2 milyon 597 min 543 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında ​​deyilir.

Məlumata görə, onların yarıdan çoxu (1 575 703 nəfər) Polşaya köçüb.

Macarıstana 235 576, Slovakiyaya 185 673, Rusiyaya 105 897, Moldovaya 104 929, Rumıniyaya 84 671, Belarusa 938 nəfər gedib. Daha 304 156 nəfər başqa ölkələrə gedib.

Bununla yanaşı, Ukraynanın Donetsk və Luqansk vilayətlərində 96 min insan Rusiya sərhədini keçib.

Ali Komissarlığın məlumatına görə, Ukraynada humanitar vəziyyət pisləşərsə, qaçqınların sayı 4 milyon nəfəri keçə bilər.

Son xəbərlər

Orphus sistemi