BMT Ukraynadan Avropaya gedən qaçqınların sayını açıqlayıb

BMT Ukraynadan Avropaya gedən qaçqınların sayını açıqlayıb İndiyədək Ukraynadan Avropaya 4 milyon 823 minə yaxın qaçqın gedib.
Digər ölkələr
4 Fevral , 2023 10:24
BMT Ukraynadan Avropaya gedən qaçqınların sayını açıqlayıb

İndiyədək Ukraynadan Avropaya 4 milyon 823 minə yaxın qaçqın gedib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Qeyd olunub ki, qaçqınların əksəriyyəti Polşadadır. Orada 1 milyon 563 min qaçqın var. Qaçqın sayına görə Almaniya ikinci (881 min), Çexiya isə (485 min) üçüncü yerdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi