Ukraynada fevralın 24-dən indiyədək 6 700-ə yaxın dinc sakin ölüb, 10 300 nəfərdən çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) təşkilatın saytındakı hesabatında deyilir.
Belə ki, fevralın 24-dən noyabrın 27-dək Ukraynada 17 023 mülki itki qeydə alınıb: 6 655 nəfər ölüb, 10 368 nəfər xəsarət alıb.