BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.
Digər ölkələr
20 May , 2022 05:18
BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.

“Report”un xəbərinə görə, məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 811 nəfər həlak olub.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 811 nəfərin öldüyünü və 4 278 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 18-nə keçən gecə yarısına qədər olan məlumatlardır", - komissarlıqdan bildirilib.

Bununla yanaşı, təşkilat mülki itkilərlə bağlı məlumatların hələ də təsdiqlənməli olduğu üçün real rəqəmlərin xeyli yüksək olduğunu vurğulayıb.

Mülki ölüm və ya xəsarətlərin əksəriyyətinə ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemləri, eləcə də raket və hava zərbələri də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi