Bakı. 8 sentyabr. REPORT. AZ/ Ən azı üç min insan Ukraynanın şərqində münaqişələrin qurbanı olub. Report-un AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeyad Raad əl Hüseynin bəyanatında deyilir.
Bir müddət əvvəl BMT məlumat yayıb ki, aprel ayının ortalarından avqust ayının 27-dək Ukraynada 2,5 mindən artıq dinc sakin öldürülüb, 6 minə yaxın insan yaralanıb.
Kiyev hakimiyyəti aprel ayından Ukraynanın şərqində antiterror əməliyyatlarını keçirir. Sentyabr ayının 5-də Minskdə Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub.