BMT: “Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir”

BMT: “Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir” “Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket sazişinin əldə edilməsi üzrə danışıqlar davam edir”.
Digər ölkələr
2 İyul , 2022 07:13
BMT: “Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir”
Flickr/ UN Geneva

“Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket sazişinin əldə edilməsi üzrə danışıqlar davam edir”.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

“Danışıqlar davam edir. Nəticə əldə edilən kimi biz onları elan etməyə hazır olacağıq”, - Düjarrik deyib.

BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Öz növbəsində Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edib.

Son xəbərlər

Orphus sistemi