BMT: Ukrayna münaqişəsi nəticəsində 7 minə yaxın insan həlak olub

BMT: Ukrayna münaqişəsi nəticəsində 7 minə yaxın insan həlak olub 15 ay davam edən münaqişə nəticəsində 6832 nəfər həlak olub, 17087 nəfər yaralanıb.
Digər ölkələr
29 İyul , 2015 01:27
BMT: Ukrayna münaqişəsi nəticəsində 7 minə yaxın insan həlak olub

Bakı. 29 iyul. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Ukrayna ilə bağlı yaydığı son hesabata əsasən, bu ölkədə 15 ay davam edən silahlı münaqişə nəticəsində 6832 nəfər (hərbçi və mülki şəxs) həlak olub.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı baş katibinin insan haqları üzrə mətbuat katibi Sesil Puyi bəyan edib ki, ötən ilin aprel ayından iyul ayının 27-dək 17087 nəfər yaralanıb.

Onun sözlərinə görə, həlak olanların sayı təxminidir.

Son xəbərlər

Orphus sistemi