BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 27-də Ukrayna ərazisindəki "referendum"la bağlı iclas keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının proqramında deyilir.
İclas Ukrayna tərəfindən tələb olunub.
Tələbi Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislitsa irəli sürüb. Kislitsa Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "referendum"ların keçirilməsi məsələsinin müzakirə olunmasını təklif edib.
Ukrayna, həmçinin BMT-nin baş katibi Antoniu Quterreşi iclasda təqdimatla çıxış etməyə çağırıb.