ABŞ Cənubi Koreya və Yaponiya ilə birlikdə avqustun 17-də BMT Təhlükəsizlik Şurasının KXDR-də insan hüquqlarına dair açıq iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin məlumatında deyilir.
"Şimali Koreyanın insan haqlarının pozulması onun kütləvi qırğın silahları və ballistik raketlərin yaradılmasında daha da irəliləməsinə kömək edir. Bu, beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm mövzudur. Mən bunu Təhlükəsizlik Şurasına təqdim edirəm", - ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.