BMT TŞ Rusiyanın Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul etməyib

BMT TŞ Rusiyanın Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul etməyib BMT Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.
Digər ölkələr
217
24 Mart , 2022 01:35
BMT TŞ Rusiyanın Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və Çin qətnamənin lehinə səs verib, Təhlükəsizlik Şurasının heç bir üzvü qətnamənin əleyhinə səs verməyib, Şuranın digər 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) səvermə zamanı bitərəf qalıb.

Qətnamənin qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzu (beşi daimi və on qeyri-daimi üzv) tərəfindən dəstəklənməlidir.

Son xəbərlər

Orphus sistemi