BMT Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

BMT Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.
Digər ölkələr
2 Noyabr , 2021 02:27
BMT Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın ümumdünya təşkilatındakı daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires mətbuat konfransında bildirib.

"Noyabrın 9-da qeyri-bərabərlik və münaqişə mövzusunda açıq debat olacaq. Sədrliyi Meksika prezidenti Andres Manuel Lopez Obrador edəcək. Korrupsiyaya, münaqişələr üzrə bərabərsizliyə təsiri vaxtında təhlil etmək planlaşdırılır. Biz bəyanatı təsdiqləyəcəyimizə ümid edirik”, - daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək. "Müzakirələrin məqsədi BMT təsisatları ilə Təhlükəsizlik Şurası arasında əlaqələri gücləndirməkdir", - diplomat əlavə edib.

Noyabrın 22-də atıcı silahların dövriyyəsinin sülh və təhlükəsizliyə təsiri ilə bağlı tədbir keçiriləcək. Bundan əlavə, Bosniya və Herseqovina, Somali, Yəmən, İraq, Liviya, Suriya və ümumilikdə Yaxın Şərqlə bağlı görüşlər keçiriləcək. "Noyabrın 17-də Əfqanıstanla bağlı iclas keçiriləcək", - BMT Təhlükəsizlik Şurasının sədri bildirib.

Son xəbərlər

Orphus sistemi