BMT TŞ-da Ukraynadakı "referendum"ları pisləyən qətnamə səsverməyə çıxarılıb

BMT TŞ-da Ukraynadakı "referendum"ları pisləyən qətnamə səsverməyə çıxarılıb BMT Təhlükəsizlik Şurasında Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı "referendumlar"ı pisləyən qətnamə layihəsi səsverməyə çıxarılıb.
Digər ölkələr
30 Sentyabr , 2022 23:35
BMT TŞ-da Ukraynadakı referendumları pisləyən qətnamə səsverməyə çıxarılıb

BMT Təhlükəsizlik Şurasında Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı "referendumlar"ı pisləyən qətnamə layihəsi səsverməyə çıxarılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Albaniya və ABŞ tərəfindən hazırlanıb.

Qətnamə layihəsində Rusiyaya qarşı ittihamlar var.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.

Son xəbərlər

Orphus sistemi