Yuxarı

BMT TŞ 4 min sülhməramlının Cənubi Sudana göndərilməsinə razılıq verib

Bu qərarın qəbuluna prezidenti və vitse-prezident tərəfdarları arasında silahlı münaqişənin yeni qığılcımı səbəb olub

Bakı. 13 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Cənubi Sudanın əlavə sülhməramlı kontingentin yerləşdirilməsinin qarşısını almağa cəhd göstərəcyi təqdirdə ora silah tədarükünə embarqo tətbiq etməyə hazır olduğunu bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, BMT dinc əhalini qorumaq və ölkə paytaxtı Cubada təhlükəsizliyi təmin etmək məqsədilə Cənubi Sudana daha 4 min sülhməramlı göndərməyi planlaşdırır.

Bu qərarın qəbul edilməsinə ölkə prezidenti Salva Kiir və onun rəqibi, vitse-prezident Riek Maçar tərəfdarları arasında silahlı münaqişənin yeni qığılcımı səbəb olub.

S.Kiir BMT ilə əməkdaşlıq etməyəcəyini və onlara ölkəsini ələ keçirməyə icazə verməyəcəyini bildirib.

Qeyd edək ki, Cənubi Sudanda BMT-nin 12 min nəfərlik heyətə malik beynəlxalq sülhməramlı qüvvələri yerləşdirilib. Ötən ay Cubada gedən döyüşlər çoxsaylı insan tələfatına və ölkədə yenidən vətəndaş müharibəsinin başlaya biləcəyi ilə bağlı qorxuların yaranmasına gətirib çıxarıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi