Bakı. 25 fevral. REPORT.AZ/ BMT aviasiyası terrorçu “İŞİD” qruplaşmasının yaraqlıları tərəfindən mühasirədə saxlanan Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərinə humanitar yardımın ilk partiyasını çatdırıb.
"Report"un BBC-yə istinadən məlumatına görə, mühasirəyə alınmış şəhərin təxminən 200 min sakini ərzaq çatışmazlığı şəraitində yaşayır.
BMT humanitar agentliyinin rəhbəri Stephen O'Brien Təhlükəsizlik Şurasına məruzə edib ki, şəhərin Suriya hökumət qoşunlarının nəzarətində olan rayonlarına təyyarədən 21 ton ilkin tələbat malları atılıb.
Onun sözlərinə görə, Suriya Ərəb Qırmızı Aypara nümayəndələri konteynerlərin, planlaşdırıldığı kimi, nəzərdə tutulan yerlərlə endiyini təsdiqləyiblər.