Yuxarı

BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyəti müzakirə edib

Yəməndə münaqişə nəticəsində 2700 dinc sakin, o cümlədən 637 uşaq öldürülüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Yəməndə münaqişə nəticəsində 2700 dinc sakin, o cümlədən 637 uşaq öldürülüb. Ən azı 70 səhiyyə müəssisəsi bombalanıb. 170 məktəb binası dağıdılıb, daha 600-ü isə xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Kan Qyun Va təşkilatın Təhlükəsizlik Şurasında çıxış edərkən verib.

Onun sözlərinə görə, 7,5 milyon yəmənlinin həyatda qalması ərzaq yardımından asılıdır. Ən nazı 2 milyon adam yarıac-yarıtox yaşayır, 320 min uşaq isə aclıq həddindədir.

Bombardmanlar və atəşlər yəmənliləri evlərini tərk etməyə məcbur edir. Münaqişənin başlamasından sonra məcburi köçkünlərin sayı səkkiz dəfə artıb və 2,5 milyon nəfərə çatıb.

Kan Qyun Va bildirib ki, humanitar təşkilatlar ehtiyacı olanlara yardım edir. O, atəşkəsin əldə olunması ilə indiyə qədər yardıma ehtiyacı olan, amma bunu ala bilməyənlərə də gedib çatacaqlarına ümidvar olduğunu söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi