Yuxarı

BMT Təhlükəsizlik Şurasının üzvləri Parisdəki terror aktını qətiyyətlə pisləyib

Təhlükəsizlik Şurasının sənədində qeyd olunur ki, cinayətkarlar tapılmalı və cəzalarını çəkməlidir

Bakı. 8 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının üzvləri Parisdəki "Charlie Hebdo" jurnalının redaksiyasında baş verən və bir çox jurnalist və kütləvi informasiya vasitələrinin digər personalı, həmçinin iki polisin ölümü ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri jurnalistlərə və jurnala qarşı yönəlmiş bu yolverilməz terror aktını  pisləyib. Onlar ölənlərin ailələrinə, eləcə də Fransa hökumətinə dərin başsağlığı bildirib. 

Təhlükəsizlik Şurası vurğulayıb ki, cinayətkarlar tapılmalı və cəzalarını çəkməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi