​BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvlərinin seçkiləri oktyabrın 15-də keçiriləcək

​BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvlərinin seçkiləri oktyabrın 15-də keçiriləcək Şərqi Avropa dövlətləri qrupundan quruma yalnız bir namizəd - Ukrayna iddia edir
Digər ölkələr
7 Oktyabr , 2015 10:50
​BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvlərinin seçkiləri oktyabrın 15-də keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında BMT Baş Assambleyası 2016-2017-ci illər üçün BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvlərinin seçkilərini keçirəcək. "Report" xəbər verir ki, Şərqi Avropa dövlətləri qrupundan quruma yalnız bir namizəd - Ukrayna iddia edir.

Afrika və Asiya-Sakit okean ölkələri qrupundan Misir, Seneqal və Yaponiya quruma seçilmək üçün mübarizə aparacaq. Latın Amerikası ölkələri qrupundan Uruqvayın namizədliyi irəli sürülüb.

Dekabrın 31-dən İordaniya, Nigeriya, Litva, Çad və Çili Təhlükəsizlik Şurasında səlahiyyətlərini başa çatdıracaq.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Britaniya, Çin, Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Qurumun daha on qeyri-daimi üzvü Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan beşi əvəz olunur.

Son xəbərlər

Orphus sistemi