BMT Təhlükəsizlik Şurasında Qələbənin 70-ci ildönümü ilə əlaqədar müzakirələr aparılacaq

BMT Təhlükəsizlik Şurasında Qələbənin 70-ci ildönümü ilə əlaqədar müzakirələr aparılacaq İclas TŞ-də sədrlik edən Çinin təşəbbüsü ilə keçirilir
Digər ölkələr
23 Fevral , 2015 11:31
BMT Təhlükəsizlik Şurasında Qələbənin 70-ci ildönümü ilə əlaqədar müzakirələr aparılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası bazar ertəsi faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş müzakirələr aparacaq. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

"Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi: tarixin dərsləri, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə bağlılığın təsdiqi" mövzusunda yüksək səviyyəli iclas Təhlükəsizlik Şurasında sədrlik edən Çinin təşəbbüsü ilə keçirilir və Birləşmiş Millətlər Təşkilatı qərargahında cari ilin əvvəlinin ən mühüm hadisəsidir. Müzakirələri ÇXR XİN rəhbəri Van İ aparacaq. İlk söz BMT baş katibi Pan Gi Muna veriləcək.

Müzakirələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi