BMT Təhlükəsizlik Şurası Trampın Qüdslə bağlı qərarından sonra təcili görüş keçirəcək

BMT Təhlükəsizlik Şurası Trampın Qüdslə bağlı qərarından sonra təcili görüş keçirəcək Baş katib Antoniu Quterreşin məruzə ilə çıxış edəcəyi gözlənilir
Digər ölkələr
7 Dekabr , 2017 02:59
BMT Təhlükəsizlik Şurası Trampın Qüdslə bağlı qərarından sonra təcili görüş keçirəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Amerika lideri Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə bəyanatı fonunda Yaxın Şərq nizamlanmasını müzakirə edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə 8 ölkə missiyasının birgə bəyanatında bildirilir.

"ABŞ prezidentinin Yerusəlimin statusu ilə bağlı bəyanatı fonunda, Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveçin nümayəndə heyətləri bu həftənin sonunadək Şuranın təcili görüşünün keçirilməsini istəyiblər", - deyə bəyanatda bildirilir.

BMT-nin baş katibi Antoniu Quterreşin bu problemlə bağlı məruzə ilə çıxış edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi