Suriya ilə bağlı təcili iclas keçiriləcək

Suriya ilə bağlı təcili iclas keçiriləcək BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.
Digər ölkələr
5 Fevral , 2020 11:23
Suriya ilə bağlı təcili iclas keçiriləcək

BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Təşkilatdakı mənbənin verdiyi məlumata görə, adları çəkilən ölkələr BMT-də Baş katibin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersenin, eləcə də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı brifinq keçirilməsini tələb edib.

İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi