BMT Təhlükəsizlik Şurası Türkiyədə Rusiya səfirinin qətlini terror aktı adlandırıb

BMT Təhlükəsizlik Şurası Türkiyədə Rusiya səfirinin qətlini terror aktı adlandırıb TŞ üzvləri terror aktı icraçılarının məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıblar
Digər ölkələr
20 Dekabr , 2016 01:48
BMT Təhlükəsizlik Şurası Türkiyədə Rusiya səfirinin qətlini terror aktı adlandırıb

Bakı. 20 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini terror aktı adlandırıb və icraçıların cəzalandırılmasına çağırıb.

"Report" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının məlumatında bildirilir.

"Təhlükəsizlik Şurası üzvləri terror aktlarının icraçıları, təşkilatçıları və onları maliyyələşdirənlərin məsuliyyətə cəlb olunması vacibliyini bir daha vurğulayırlar", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi