Yuxarı

BMT Təhlükəsizlik Şurası KXDR-nin həyata keçirdiyi nüvə sınağını qınayıb

Şura üzvləri Pxenyana qarşı əlavə sanksiyaların tətbiq olunacağı yeni qətnamə üzərində işə başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən nüvə sınağı ilə bağlı məsləhətləşmələr keçirib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şura üzvləri bu hərəkəti qətiyyətlə pisləyərək Pxenyana qarşı əlavə sanksiyaların tətbiq olunacağı yeni qətnamə üzərində işə başlayıb.

"Təhlükəsizlik Şurasının üzvləri qətiyyətli şəkildə bu sınağı qınayıb. Çünki bu, BMT Təhlükəsizlik Şurasının 1718 (2006-cı il), 1874 (2009-cu il), 2087 və 2094 (2013-cü il) saylı qətnamələrinin, eləcə də nüvə silahından istifadə etməməklə bağlı beynəlxalq rejimin pozulması, başqa sözlə, beynəlxalq sülh və təhlükəsizlik üçün açıq-aşkar təhlükə deməkdir", - bütün üzvlərin adından çıxış edən BMT Təhlükəsizlik Şurasının sədrinin bəyanatında belə deyilir.

Şura üzvləri daha əvvəl KXDR-nin nüvə sınaqlarını davam etdirəcəyi təqdirdə əlavə sanksiyalar həyata keçirməyə hazır olduqlarını bildirdiklərini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi