BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar tətbiq edib

BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar tətbiq edib Sanksiyalar kömürün, misin, gümüşün və başqa metalların ixracına, elmi sferada əməkdaşlığa aiddir
Digər ölkələr
1 Dekabr , 2016 02:58
BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. 1 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məlumatda bildirilir ki, şuranın bütün üzvləri yekdilliklə bu qərarın lehinə səs veriblər. Növbəti sanksiyalar kömürün, misin, gümüşün və başqa metalların ixracına, elmi sferada əməkdaşlıqlara, həmçinin Koreya Xalq Demokratik Respublikasında gəmilərin qeydiyyatlarına aiddir.

Daha əvvəl bildirilirdi ki, ABŞ beşinci nüvə sınağının ölkəylə keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Rəsmi Vaşinqtonun yeni sanksiyaları Şimali Koreya şirkətlərinin asan yolla valyuta qazanmalarını məhdudlaşdırmağı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi