BMT Təhlükəsizlik Şurası jurnalistlərin müdafiəsinə həsr olunan açıq iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası jurnalistlərin müdafiəsinə həsr olunan açıq iclas keçirəcək Litvanın BMT-dəki daimi nümayəndəsi may ayı üçün Təhlükəsizlik Şurasının fəaliyyət proqramını təqdim edib
Digər ölkələr
5 May , 2015 10:31
BMT Təhlükəsizlik Şurası jurnalistlərin müdafiəsinə həsr olunan açıq iclas keçirəcək

Bakı. 5 may. REPORT.AZ/ Mayın 27-də BMT Təhlükəsizlik Şurası silahlı münaqişələr şəraitində jurnalistlərin müdafiəsinə həsr olunan açıq iclas keçirəcək. "Report" xəbər verir ki, bu barədə Şuranın sədri, Litvanın BMT-dəki  daimi nümayəndəsi Raymonda Murmokayte bildirib. 

Mayın 1-də Litva BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb. Bu gün Raymonda Murmokayte fəaliyyət proqramı haqqında jurnalistlərə açıqlama verib. Səfirin sözlərinə görə, may ayında iş gərgin olacaq - 2 açıq tematik iclas nəzərdə tutulub. Onlardan biri mayın 13-də baş tutacaq və atıcı silahların yayılması təhlükəsinə həsr olunacaq. Mayın 27-də isə jurnalistlərin müdafiəsinə həsr olunan iclasın keçirilməsi nəzərdə tutulub. Mayın 29-da terrorizmə həsr olunan brifinq keçiriləcək. 

May ayında, həmçinin Təhlükəsizlik Şurasında Yaxın Şərq, Liviya, Suriyada kimyəvi silah, Bosniya və Herseqovinada vəziyyətə dair iclaslar və brifinqlərin keçirilməsi planlaşdırılır. Şura üzvləri bir sıra sülhməramlı missiyaların fəaliyyətini müzakirə edəcək. Yəməndəki vəziyyətin müzakirəsinə də nəzərdə tutulub. 

Jurnalistlərin suallarını cavablandıran Raymonda Murmokayte bildirib ki, Ukrayna məsələsi Şuranın gündəliyinin qeydlərinə əlavə olunub. O deyib ki, mayın 29-da baş katibin  İnsan haqları üzrə köməkçisi İvan Şimonoviçin Ukraynada insan haqlarının vəziyyəti ilə bağlı  məruzəsi dərc olunacaq.                                     

 

Son xəbərlər

Orphus sistemi