BMT Təhlükəsizlik Şurası İrana dair iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası İrana dair iclas keçirəcək Bakı. 5 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası bu gün - yanvarın 5-də keçiriləcək.
Digər ölkələr
5 Yanvar , 2018 02:32
BMT Təhlükəsizlik Şurası İrana dair iclas keçirəcək
Courtesy İmage

Bakı. 5 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası bu gün - yanvarın 5-də keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti"yə diplomatik mənbə xəbər verib.

Xəbərdə bildirilir ki, iclas saat 15:00-da başlayacaq.

"İran üzrə BMT Təhlükəsizlik Şurasının iclası cümə günü, saat 15:00-da başlayacaq və açıq formatda keçiriləcək", - deyə müsahib bildirib.

Daha əvvəl ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyl bildirib ki, Birləşmiş Ştatlar İrandakı vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının və İnsan Haqları üzrə Şurasının təcili iclasını çağıracaq.

Rusiyanın Xarici İşlər Nazirliyində bu ideyanı zərərli və destruktiv adlandırıblar.

Son xəbərlər

Orphus sistemi