BMT: "Taliban" öz siyasətini dəyişməsə, əfqanların gələcəyi qaranlıq olacaq"

BMT: "Taliban" öz siyasətini dəyişməsə, əfqanların gələcəyi qaranlıq olacaq" BMT Əfqanıstandakı durumla bağlı xəbərdarlıq edib.
Digər ölkələr
13 Avqust , 2022 09:42
BMT: Taliban öz siyasətini dəyişməsə, əfqanların gələcəyi qaranlıq olacaq

BMT Əfqanıstandakı son durumla bağlı dünya ölkələrinə xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın müstəqil ekspertlərinin dərc etdiyi bəyanatda bildirilib.

“Əgər beynəlxalq ictimaiyyət “Taliban”ın öz siyasətini dəyişməsini və insan hüquqları ilə bağlı öhdəliklərə əməl etməsini təmin etməsə, əfqanların gələcəyi son dərəcə qaranlıq olacaq. Əfqanıstanda ən çox qadın və qızların, əlilliyi olan insanların, hüquq müdafiəçilərinin, jurnalistlərin, sənətçilərin, dini və etnik azlıqların nümayəndələrinin, təhsil işçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin hüquqları pozulur. Dünyanın heç bir yerində qadın və qızların hüquqlarının bu qədər genişmiqyaslı, sistemli və hərtərəfli pozulması baş verməyib. Onların həyatının hər bir sahəsi mənəviyyat pərdəsi altında və din vasitəsilə məhdudlaşdırılıb. Heç bir əsasla ayrı-seçkilik və zorakılığa haqq qazandırmaq olmaz”, - hesabatda qeyd edilib.

Bəyanatda bildirirlib ki, “Taliban” nəinki öz öhdəliklərini yerinə yetirməyib, hətta durum daha da pisləşib: “Artıq milyonlarla insana ölçüyəgəlməz zərər vurmuş humanitar və iqtisadi böhran daha da dərinləşəcək. Beynəlxalq ictimaiyyətin üzərinə məsuliyyət düşür. Əfqanları qida, su, təhsil, dolanışıq və təhlükəsizlik də daxil olmaqla, həyat üçün zəruri olan bütün ehtiyaclarla təcili şəkildə təmin etmək lazımdır”.

Xatırladaq ki, ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxardıqdan sonra “Taliban” genişmiqyaslı əməliyyata başlayıb. Avqustun əvvəlində “Taliban” Kabilə daxil olub. Sentyabrın 7-də müvəqqəti “hökumət"in tərkibi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi