BMT: "Taliban"ın təşkilatda nümayəndəliyi məsələsinə noyabrda baxıla bilər"

BMT: "Taliban"ın təşkilatda nümayəndəliyi məsələsinə noyabrda baxıla bilər" "Taliban"ın BMT-dəki təmsilçiliyi məsələsi noyabr ayından tez olmayacaq.
Digər ölkələr
23 Sentyabr , 2021 00:23
BMT: Talibanın təşkilatda nümayəndəliyi məsələsinə noyabrda baxıla bilər

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının BMT-dəki təmsilçiliyinin reallaşması məsələsi noyabr ayından tez olmayacaq.

"Report"un xəbərinə görə, bu barədə "İnterfaks"a BMT-dəki mənbə bildirib.

"Bu məsələdə tələsmək lazım deyil. Məsələ noyabr ayında müvafiq komitədə müzakirəyə çıxarılacaq", - mənbə bildirib.

Qeyd edək ki, ötən gün "Taliban" Əfqanıstan təmsilçisi kimi BMT Baş Assambleyasında çıxış üçün müraciət edib. "Taliban" avqustun ortalarında Əfqanıstanın paytaxtı Kabilə daxil olaraq, ölkədə hakimiyyəti ələ keçirdiyini elan edib. 

Son xəbərlər

Orphus sistemi