Yuxarı

​BMT Suriyaya vaxtı keçmiş peçenyelər göndərib

650 qutudan 320-sinin istifadə müddəti bitmiş olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ BMT səhvən Dəməşq yaxınlığında mühasirədə olan şəhərlərin sakinlərinə vaxtı ötmüş peçenyelər göndərib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Zəbədani və Mədəyyə şəhərlərinə 650 qutu peçenye göndərilib ki, onların da 320-sinin istifadə müddəti sentyabr ayında bitmiş olub.

BMT-də dərhal vəziyyəti izah etməyə tələsiblər.

“Biz təsdiq edə bilərik ki, bu, yüklənmə prosesində yol verilən bədbəxt insan səhvlərinin nəticəsidir”, — deyə BMT-nin Suriyadakı humanitar əlaqələndiricisi Yaqub əl Hillo bildirib.

Əlaqələndirici qeyd edib ki, BMT-də yaranan vəziyyətlə bağlı iş gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi