Yuxarı

BMT Suriyanın mühasirədə olan Maday şəhərinə ilk dəfə humanitar yardım çatdıra bilib

Suriyada ucqar ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür

Bakı. 12 yanvar. REPORT.AZ/ BMT son bir neçə ay ərzində ilk dəfə artıq aclıqdan iyirmiyə yaxın nəfərin öldüyü Suriyanın Madaya şəhərinə humanitar yardım çatdıra bilib. "Report" BMT Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, artıq yük maşınlarının ilk karvanı şəhərə çatıb və artıq ilkin zəruri əşyaların boşaldılmasına başlanılıb.

Bu humanitar yük BMT-nin bir sıra qurumları tərəfindən toplanılıb. Onlar mühasirədə qalmış şəhərə tibbi preparatlar və ləvazimatlar, qida, ədyal, tikinti materialları və gigiyena əşyaları göndərib.

Bu gün BMT adından daha bir neçə yük maşını Dəməşqdən yola çıxaraq çox ağır vəziyyətin olduğu Əl-Fua və Kafra doğru yola düşüb.

BMT-nin humanitar məsələlərin koordinasiya üzrə idarəsinin nümayəndəsi Yakub əl-Hill Nyu-Yorkda keçirilən brifinqdə qeyd edib ki, münaqişə tərəfləri ilə danışıqlar prosesi asan olmayıb. O bildirib ki, təchizatın şərtlərini razılaşdırmaq üçün xeyli uzun zaman lazım gəlib.

Yakub əl-Hillin sözlərinə görə, Suriyada ucqar və çətin əlaqə qurulan ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi