BMT Suriyanın Hələb şəhərində hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb

BMT Suriyanın Hələb şəhərində hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb Şəhərin təxminən iki milyon sakininin suyu və işıqı kəsilib
Digər ölkələr
9 Avqust , 2016 11:00
BMT Suriyanın Hələb şəhərində hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb

Bakı. 9 avqust. REPORT.AZ/ BMT mülki vətəndaşlara humanitar yardım çatdırmaq üçün Suriyanın Hələb şəhərində hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb. 

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyadakı humanitar məsələlər üzrə koordinatoru Yakub Hella və Suriya böhran mərkəzinin regional koordinatoru Kevin Kennedinin birgə bəyanatında deyilir.

Humanitar əməliyyatlara zədələnmiş infrastrukturun bərpası və mülki vətəndaşlara yardım göstərilməsi daxildir.

"BMT Hələbdə ehtiyacı olan milyonlarla insana yardım çatdırmaq, dəhşətli dərəcədə kasad olan ərzaq ehtiyatını və dərman ləvazimatlarını artırmaq üçün ən azı tam atəşkəs rejiminə dair razılaşma və ya həftəlik 48 saatlıq humanitar fasilə tələb edir", - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Hələbdə təxminən iki milyon nəfərin suyu və işıqı kəsilib. 

BMT humanitar yardımın Türkiyə ərazisindən çatdırılmasını təklif edir.

Son xəbərlər

Orphus sistemi