BMT: Suriyalılar bütün dünyada məcburi köçkünlərin beşdə bir hissəsini təşkil edir

BMT: Suriyalılar bütün dünyada məcburi köçkünlərin beşdə bir hissəsini təşkil edir Suriya əhalisinin yarısı məcburi köçkün vəziyyətinə düşüb
Digər ölkələr
16 Dekabr , 2014 10:26
BMT: Suriyalılar bütün dünyada məcburi köçkünlərin beşdə bir hissəsini təşkil edir

Bakı. 16 dekabr. REPORT.AZ/ BMT baş katibinin humanitar məsələlər üzrə müavini, fövqəladə yardım koordinatoru Valeri Amos BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyət haqqında məruzə edib. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, Valeri Amosun sözlərinə görə, Suriyanın bir çox rayonlarında zorakılıq səviyyəsi artıb. 

Valeri Amos vurğulayıb ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüququn əsas prinsiplərini pozurlar. Hökumət qüvvələri Hələb, Xam, İdlib və Dəməşqin kənd yerlərində, əvvəlki kimi çəllək bombalardan istifadə edirlər. Silahlı müxalifət qrupları və terror qruplaşmalar sıx əhalisi olan rayonlarda minaatan, bomba və digər partlayıcı qurğulardan istifadə edirlər.

Rəyə əsasən, fevrala olan vəziyyətə görə Suriyada 100 min nəfər ölüb. Bu gün bu rəqəm 200 min nəfərə yaxınlaşıb. Təxminən bir milyon insan yaralanıb.  

BMT koordinatoru Şura üzvlərinə bildirib ki, təxminən 12,2 mln. suriyalı humanitar yardıma ehtiyac duyur. Təkcə son on ay ərzində onların sayı daha 2,9 mln. nəfər artıb. Suriya əhalisinin yarısı məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 7,6 mln. nəfər ölkə daxilində məcburi köçkün, 3 mln insan isə qonşu ölkələrin ərazisinə keçib. Hazırda suriyalılar bütün dünyada məcburi köçkünlərin beşdə bir hissəsini təşkil edir.

Son xəbərlər

Orphus sistemi