BMT: Suriyada kimyəvi silah istehsalına aid olan son obyekt bu il məhv ediləcək

BMT: Suriyada kimyəvi silah istehsalına aid olan son obyekt bu il məhv ediləcək Kimyəvi silah istehsalı prosesinə aid sonuncu anqar da yaxın vaxtlarda yox ediləcək
Digər ölkələr
11 Noyabr , 2015 05:02
BMT: Suriyada kimyəvi silah istehsalına aid olan son obyekt  bu il məhv ediləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ İlin sonuna qədər Suriyada kimyəvi silah istehsalı ilə bağlı heç bir obyekt mövcud olmayacaq. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su bildirib.

Onun sözlərinə görə, kimyəvi silah istehsalı prosesinə aid olan sonuncu anqar da yaxın vaxtlarda yox ediləcək.

Qeyd edək ki, Suriyanın kimyəvi silah istehsalı sisteminə ümumilikdə 12 obyekt daxil olub. Bunlardan 7-i anqar tipli, beşi isə yeraltı tipli obyekt olub. 

Son xəbərlər

Orphus sistemi