Yuxarı

BMT: Suriyada baş verən münaqişə dəhşətli fəsadlara yol açıb

Münaqişə başlayandan Suriya iqtisadiyyatı 202 mlrd. ABŞ dolları itirib

Bakı. 11 mart. REPORT.AZ/ Suriyada baş verən münaqişə dəhşətli fəsadlara yol açıb.  Yüz minlərlə insan həlak olub, milyonlarla adam qaçqın və ya köçkün vəziyyətinə düşüb. Münaqişə başlayandan Suriya iqtisadiyyatı 202 mlrd. ABŞ dolları itirib. "Report" xəbər verir ki, bu barədə Suriyanın siyasi tədqiqatlar mərkəzi, BMT İnkişaf Proqramı və Fələstinli qaçqınlara yardım üzrə Yaxın Şərq agentliyi tərəfindən birgə hazırlanan yeni hesabatda deyilir.

Hesabat müəlliflərinin fikrincə, Suriyadakı münaqişədə 210 min insan həlak olub və daha 840 min isə yaralanıb. Təxminən 6 mln. insan və ya Suriya əhalisinin 40%-i daxili köçkün vəziyyətinə düşüb, 4 mln. insan isə qonşu ölkələrə qaçıb. 

Uzunömürlülük göstəricisi 2010-cu ildəki 79,5 yaşdan 2014-cü ildə 55,7 yaşa qədər azalıb. Ölkədə işsizlik səviyyəsi 58%-ə çatıb. 4 il ərzində 3 mln insan iş yerlərini itirib. Suriyalıların üçdə iki hissəsi yoxsulluq şəraitində yaşayır. Məktəb yaşlı uşaqların 50%-i son 3 ildə məktəbə getmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi