​BMT sülhməramlılarının sayı artırılacaq

​BMT sülhməramlılarının sayı artırılacaq Hazırda BMT sülhməramlıları sıralarında 120 ölkədən 125 mindən çox hərbçi, polis və mülki şəxs xidmət edir
Digər ölkələr
29 Sentyabr , 2015 09:52
​BMT sülhməramlılarının sayı artırılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ BMT sülhməramlıları sıralarında xidmət etmək üçün 50-dən artıq ölkə əlavə olaraq, 40 min əsgər verəcək.

"Report" "France Presse"ə istinadən xəbər verir ki, bu haqda BMT sülhməramlılarının illik sammitində təşkilatın baş katibi Pan Gi Mun bildirib.

Sammitə 50 ölkənin, o cümlədən Azərbaycanın da nümayəndəsi qatılıb. Bu toplantı ABŞ-ın təklifi ilə ikinci dəfədir çağırılır.

Baş katibin sözlərinə görə, hazırda BMT sülhməramlıları sıralarında 120 ölkədən 125 mindən çox hərbçi, polis və mülki şəxs xidmət edir: Təşkilatın 350 tibb müəssisəsi, 167 helikopteri, 70 təyyarəsi, 7 gəmisi və 13 mindən artıq avtomobili var.

Pan Gi Mun sülhməramlıların fəaliyyətinin vacibliyini vurğulayaraq, indiki qarışıq zamanda "mavi dəbilqəlilər"in ağır şəraitdə fəaliyyət göstərdiklərini bildirib.

O, sülh və təhlükəsizliyin yaranmasında qadınların rolunun artdığını da vurğulayıb. Zirvə toplantısında ABŞ prezidenti Barak Obama və ölkənin dövlət katibi Con Kerri də çıxış edib.

Son xəbərlər

Orphus sistemi