BMT Sudanda siyasətçilərin həbsini dayandırmağa çağırıb

BMT Sudanda siyasətçilərin həbsini dayandırmağa çağırıb BMT 3 sudanlı siyasətçinin həbsini pisləyir və hərbi hakimiyyəti bu cür hərəkətləri dayandırmağa çağırıb.
Digər ölkələr
6 Noyabr , 2021 01:10
BMT Sudanda siyasətçilərin həbsini dayandırmağa çağırıb

BMT 3 sudanlı siyasətçinin həbsini pisləyir və hərbi hakimiyyəti bu cür hərəkətləri dayandırmağa çağırıb.

"Report" xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

Qeyd edək ki, noyabrın 4-də Xartumda hakimiyyəti ələ keçirmiş hərbçilərə qarşı çıxan “Azadlıq və Dəyişiklik Uğrunda Qüvvələr” koalisiyasının 3 lideri saxlanılıb. Haq bildirib ki, onlar BMT-nin Xartumdakı missiyasının qərargahı yaxınlığında həbs ediliblər.

"BMT ölkənin hərbi rəhbərliyini siyasi xadimlərin həbsi, insan haqlarının pozulmasına son qoymağa, oktyabrın 25-dən sonra saxlanılan bütün şəxslərin dərhal azad edilməsinə çağırır", - deyə Haq bildirib.

Həftələrlə davam edən etiraz aksiyalarından sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə baş nazir Abdullah Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burhan ordunun gənclər inqilabına cavabı olaraq ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra Sudanda keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrini dayandırıb.

Son xəbərlər

Orphus sistemi