BMT Sudan hökümətini kəskin tənqid edib

BMT Sudan hökümətini kəskin tənqid edib BMT-nin iki əməkdaşı Sudanda "arzu olunmaz" şəxs elan edilib
Digər ölkələr
26 Dekabr , 2014 01:20
BMT Sudan hökümətini kəskin tənqid edib
Bakı. 26 dekabr. REPORT.AZ/ Hər hansı səbəb göstərmədən BMT-nin iki əməkdaşını "arzu olunmaz" şəxs elan edən Sudan hökümətinə cavab gecikmədi.

"Report"-un TASS-a istinadən verdiyi məlumata görə, BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik bəyan edib ki, artıq məsələ ilə bağlı resmi Hartuma etiraz notası verilib.

Qeyd edək ki, Sudan höküməti BMT-nin bu ölkədəki əlaqələndiricisi olan Əli az-Zaatari ilə BMT-nin İnkişaf Proqramının Sudan üzrə direktoru İvonna Helle-dən yanvarın 2-dək ölkəni tərk etmələrini tələb edib. 

Son xəbərlər

Orphus sistemi