Sudan bütün regionda sabitliyi poza biləcək genişmiqyaslı vətəndaş müharibəsinin astanasındadır.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, dünya təşkilatının rəhbəri Antoniu Quterreş ən azı 22 nəfərin ölümü ilə nəticələnən Sudanın Omdurman şəhərinə hava hücumunu pisləyib.
O bildirib ki, təşkilat rəhbəri silahlı qüvvələr arasında davam edən müharibənin Sudanı genişmiqyaslı vətəndaş müharibəsi astanasına gətirməsindən və bütün regionu potensial olaraq sabitliyi pozmasından çox narahatdır.