Yuxarı
    Bağlamaq

    BMT: Son on il ərzində dünyada münaqişələrin sayı üç dəfə artıb

    Yan Eliasson: Bu gün münaqişələrin dəyişən xarakteri BMT-nin fəaliyyətində islahatlar tələb edir

    Bakı. 11 may. REPORT.AZ/ BMT Baş Assambleyası çərçivəsində sülh və təhlükəsizliyə həsr olunmuş yüksək səviyyəli iclas keçirilib. "Report" xəbər verir ki, iştirakçılar qarşısında çıxış edən BMT-nin baş katibinin birinci müavini Yan Eliasson bu sahədə qlobal problemlərin miqyasının həddindəm çox olduğunu bildirib.

    Onun sözlərinə görə, son on il ərzində dünyada münaqişələrin sayı üç dəfə artıb və hazırda 125 milyon insanın humanitar yardıma ehtiyacı var.

    "Bu gün üzləşdiyimiz münaqişələr yalnız daha ciddi deyil. Onlar, həmçinin daha mürəkkəb xarakterə malikdir və həlləri çox çətindir. Ötən il qlobal təhlükəsizlik mühitinin pisləşməsi fonunda BMT bu sahədə siyasi icmala başlayıb", - deyə BMT-nin baş katibinin birinci müavini vurğulayıb.

    BMT nümayəndəsi müasir müharibələrin dəyişən xarakterinin BMT-nin sülhməramlı fəaliyyətində dəyişiklik tələb etdiyini bildirib. Y.Eliassonun sözlərinə görə, elə bu məqsədlə BMT baş katibinin təlimatı əsasında təşkilatın həm sülhməramlı, həm də siyasi missiya fəaliyyəti üzrə xüsusi qrupu bir sıra tövsiyələrin yer aldığı hesabat hazırlayıb. Bu tövsiyələr BMT-nin münaqişələrin aradan qaldırılmasında, mülki şəxslərin qorunmasında potensialını artırmaqla bağlıdır.

    O, islahatların həyata keçirilməsi üçün BMT-yə üzv dövlətlərin fəal iştirakının tələb olunduğunu da əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi