BMT jurnalistin qətli ilə bağlı Səudiyyənin apardığı istintaqı qaneedici saymır

BMT jurnalistin qətli ilə bağlı Səudiyyənin apardığı istintaqı qaneedici saymır Bakı. 4 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı başlanan cinayət işinin araşdırılması yetərli səviyyədə aparılmır.
Digər ölkələr
814
4 Yanvar , 2019 14:59
BMT jurnalistin qətli ilə bağlı Səudiyyənin apardığı istintaqı qaneedici saymır

Bakı. 4 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı başlanan cinayət işinin araşdırılması yetərli səviyyədə aparılmır".

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu BMT İnsan Hüquqları Ali Komissarlığının Camal Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının apardığı istintaqın gedişinə dair yaydığı açıqlamada bildirilib.

BMT-nin qurumu araşdırmanın qaneedici olmadığını vurğulayaraq cinayət işini beynəlxalq istintaq tərəfindən aparmağa çağırıb.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı 2018-ci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət barədə proqramın yayınlanmasının dayandırılması üçün Krallığın vəliəhdi, şahzadə Məhəmməd bin Salman “Netflix”ə 2 milyard dollar rüşvət verib.

Son xəbərlər

Orphus sistemi