BMT Rusiya və Ukraynanı danışıqları davam etdirməyə çağırıb

BMT Rusiya və Ukraynanı danışıqları davam etdirməyə çağırıb “BMT Rusiya və Ukraynanı danışıqları davam etdirməyə və humanitar sahədə atəşkəslə bağlı razılıq əldə etməyə çağırır”.
Digər ölkələr
12 Mart , 2022 05:20
BMT Rusiya və Ukraynanı danışıqları davam etdirməyə çağırıb

“BMT Rusiya və Ukraynanı danışıqları davam etdirməyə və humanitar sahədə atəşkəslə bağlı razılıq əldə etməyə çağırır”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı biolaboratoriyalar üzrə iclasında deyib.

“Biz Ukrayna və Rusiya nümayəndələri arasında keçirilən danışıqların üç raundunu nəzərə aldıq. Biz bu səylərin, o cümlədən humanitar sahədə razılaşmaların əldə edilməsi və atəşkəsin yaradılması istiqamətində işlərin intensivləşdirilməsinə çağırırıq. Biz tərəfləri təmasları genişləndirməyə çağırırıq. Dialoq və diplomatiya məntiqi müharibə məntiqindən üstün olmalıdır”, - deyə BMT rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi