​BMT qurumun iqamətgahında Fələstin bayrağının qaldırılmasına icazə verib

​BMT qurumun iqamətgahında Fələstin bayrağının qaldırılmasına icazə verib Bu təşəbbüslə Fələstin Muxtariyyəti çıxış edib
Digər ölkələr
11 Sentyabr , 2015 06:33
​BMT qurumun iqamətgahında Fələstin bayrağının qaldırılmasına icazə verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyası qurumun Nyu-Yorkdakı baş qərargahı ərazisində müşahidəçi dövlətlərin bayraqlarının qaldırılmasına icazə verən qətnamə qəbul edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu təşəbbüslə Vatikanla yanaşı müşahidəçi statusuna malik olan Fələstin Muxtariyyəti çıxış edib.

Qərarın "lehinə" 119 ölkə səs verib. Qətnamənin "əleyhinə" səkkiz dövlət, eləcə də, İsrail, ABŞ, Kanada və Avstraliya çıxıb, 45 dövlət bitərəf qalıb.

Fələstin bayrağı BMT baş qərargahında 20 günlük müddət ərzində dalğalanacaq.

Son xəbərlər

Orphus sistemi